
Ukraynanın Xarkov əyalətində Balakleya hərbi bazasında partlayış olub.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə yollansalar da, hərbi hissə ərazisi olduğu üçün partlayış baş verən yerə buraxılmayıblar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, hərbi bazada 20-dək partlayış qeydə alınıb. İnsident təhlükəsiz sursatların məhv edilməsi zamanı baş verib, döyüş sursatlarının saxlandığı anbarlara heç bir təhlükə yoxdur. Qərargahın məlumatında ərazidə vəziyyətin nəzarətə götürüldüyü, yerli sakinlər və infrastruktur obyektləri üçün təhlükə yaratmadığı bildirilib.
Gununsesi.org