Xarkovdakı fəxri konsulluğumuz fəaliyyətini bərpa etdi

  • By admin
  • 16 May 2022 23:34

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu fəaliyyətini bərpa edib.

Gununsesi.info xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib.

Qeyd olunub ki artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar.

“Raket zərbəsi nəticəsində fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, – məlumatda bildirilib.

Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:

Gununsesi.info