Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edib

  • By admin
  • 17 May 2022 13:31

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu mayın 16-da fəaliyyətini bərpa edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fəxri konsulluğun rəsmi saytında məlumat yayılıb.

“Artıq bir neçə gündür ki, Ukraynanın Xarkov şəhərində sakitlikdir, ictimai nəqliyyat marşrutlara çıxır, insanlar şəhərə qayıdır”, deyə konsulluğun məlumatında bildirilir.

Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binası martın 6-da raket zərbəsi nəticəsində dağılıb, kommunikasiya xətlərinin bərpasına ehtiyac var.

“Bu səbəbdən Fəxri konsulluq mayın 16-dan yeni ünvanda – Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, deyə məlumatda qeyd edilir.

Azərbaycanın Xarkovda Fəxri konsulu Əfqan Salmanovdur.

 

Gununsesi.info