Xarkovun bəzi vilayətlərində əhali məcburi təxliyə olunacaq

“Ukraynanın Xarkov vilayətində Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsində yaşayan uşaqlı ailələr məcburi təxliyə olunacaq”.

Gununsesi.info “UNİAN”a istinadən xəbər verir ki, bu haqda Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

O qeyd edib ki, məcburi təxliyə ilə bağlı qərar Regional Müdafiə Şurasının iclasında qəbul edilib:

“Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyum rayonlarında Rusiya ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bildiyimizə görə, həmin yaşayış məntəqələrində 182 uşaq yaşayır”.

O qeyd edib ki, təxliyə Xarkov şəhərinin özünə şamil olunmayacaq.

Qurum rəsmisi bildirib ki, təxliyə marşrutları müəyyən edilib, insanların müvəqqəti yaşaması üçün yerlər bronlaşdırılıb.

 

 

Gununsesi.info