Xatirə İslamdan KƏSKİN SÖZLƏR: “Düşmənçilik etməyi sevirəm”

  • By admin
  • 02 Mart 2020 18:36

Çalışdığım qədər sənətimə və özümə uyğun olmayan insanlardan aralı oluram. Bəlkə də onlar məndən yaxşıdır, amma pərdə saxlamağı çox sevirəm. İnanıb, güvənib getdiyim yerdə ayağıma daş dəyərsə, o daşın hardan gəldiyini ölən günə kimi unutmaram.

Gununsesiaz.info Publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam instaqramda yazıb. Dostlarının sədaqətsizliyindən gileylənən ulduz onlara ismarış yollayıb:

“Dostluq etməyi sevdiyim qədər düşmənçilik etməyi də sevirəm, amma kişi kimi. Özümə də məsləhət – bu gündən etibarən özün kimi əmin olmadığın insanlarla bir araya gəlməyəcəksən, Xatirə!”