Xavini bu şəxs əvəz edəcək

“Barselona”nın yeni çalışdırıcısı məlum olub. 

Gununsesi.info -nun verdiyi xəbərə görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, Kataloniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib.

Klubun məşqçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayacağı vurğulanıb.

Xatırladaq ki, “Barselona” ötən gün Xavi ilə yollarının ayrıldığını açıqlamışdı.

Qeyd edək ki, Hans-Diter Flik son olaraq Almaniya millisini çalışdırıb. O, “Bavariya”nın da baş məşqçisi olub.

Gununsesi.info