Xavinin gələcəyi yaxın zamanda bəlli olacaq

“Barselona”nın baş məşqçisi Xavinin klubdakı gələcəyi yaxın 48 saat ərzində bəlli olacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

 

Məlumata görə, qarşıdan gələn bazar ertəsi, mayın 20-də Xavi ilə klub prezidenti Joan Laporta arasında görüş keçiriləcək.

 

“Barselona”nın idman direktoru Deko və Kataloniya klubunun prezidentinin köməkçisi Alexandro Eçevarriyanın da görüşdə iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, bu ilin yanvar ayında Xavi “Barselona”dan gedəcəyini açıqlasa da, sonradan fikrini dəyişmişdi. Lakin hazırda mütəxəssisin nəticələri klub rəhbərliyini qane etmir.

Gununsesi.info