Amerikalı milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsi televizorlar üçün “YouTube” video platformasının analoqunu istifadəyə verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fortune” şirkətdəki mənbəyə istinadən yazır.
“Amazon” və “Samsung” “SmartTV”lər üçün tətbiqin gələn həftə istifadəyə verilməsi planlaşdırılır.
Nəşrin həmsöhbəti bildirib ki, xidmət interfeysi “YouTube” televiziya əlavəsi ilə eyni görünəcək.
Bu funksiyanın istifadəyə verilməsi Maskın “X”ə daha çox reklamçı və populyar bloqçu cəlb etmək planında növbəti addım olacaq. Sahibkar istifadəçilərə böyük ekranda uzun videolara baxmaq imkanı yaratmaq istəyir.
Mənbənin sözlərinə görə, “X” təkcə “YouTube” ilə deyil, həm də “Twitch”, “Signal” və “Reddit” kimi məşhur servislərlə rəqabət aparmağı hədəfləyir.
Gununsesi.info