Xerson atəşə tutuldu, işıqsız qaldı

  • By admin
  • 01 Dekabr 2022 11:01

Bu gecə Rusiya ordusu Ukraynanın Xerson şəhərini atəşə tutub.

Gununsesi.info “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xerson vilayət hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç açıqlayıb.

Məlumata görə, Rusiya ordusu şəhərə artilleriya vasitəsilə zərbələr endirib.

Kütləvi hücumlar nəticəsində şəhərdə elektrik enerjisi kəsilib. Bununla yanaşı, hücum nəticəsində çoxmərtəbəli bina yanıb.

Gununsesi.info