Xerson şəhəri mühasirəyə alındı - VİDEO

  • By admin
  • 01 Mart 2022 10:11

Ukraynanın Xerson şəhəri Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə hazırda Xerson şəhərində olan jurnalist Alena Panina bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhərdə postlar qurub.

“Şəhər faktiki olaraq mühasirəyə alınıb, bütün istiqamətlərdə çoxlu sayda Rusiya hərbçisi, hərbi texnikası var, onlar şəhərin çıxışında postlar qurublar”, – jurnalist deyib.

Qeyd edilib ki, Rusiya piyada qoşunları şərq tərəfdən şəhərə daxil olub və mərkəzə doğru irəliləyir.

 

Gununsesi.info