Dekabrın 24-də Xersonda 10-dan çox partlayış baş verib.
Bu barədə Gununsesi.info yerli “Telegram” kanallarına istinadla xəbər verir.
Bildirilib ki, rus işğalçıları şəhəri yenidən çoxsaylı reaktiv yaylım atəşi sistemi ilə atəşə tutur.
Qeyd edək ki, hazırda nə Xerson, nə də regionda hava həyəcanı elan etməyib.
Qeyd edək ki, bu gün ruslar Xersonu kütləvi şəkildə atəşə tutublar , nəticədə azı 8 nəfər ölüb, daha 58 nəfər yaralanıb, onlardan 18-nin vəziyyəti ağırdır.
Gununsesi.info