
Rusiya qoşunları fevralın 21-də günortadan sonra Ukraynanın Xerson vilayətini atəşə tutub.
Gununsesi.info xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
Prokudinin sözlərinə görə, şəhərdə azı 20 partlayış səsi eşidilib. O, hücumların “Qrad” qurğularından həyata keçirildiyini bildirib.
Mərmilərdən biri şəhərin mərkəzində həmin vaxt insanların olduğu ictimai nəqliyyat dayanacağına düşüb. Ölənlər və yaralananlar var, onların sayı hələlik məlum deyil.
Gununsesi.info