Xetaq Qazyumov Olimpiya Oyunlarının gümüş medalçısı oldu – YENİLƏNİB

  • By admin
  • 21 Avqust 2016 22:39

xetyak

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının üzvü – 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov medal uğrunda mübarizəyə qoşulub.

Gununsesi.info xəbər verir ki, X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

***

Olimpiya Oyunlarının finalına yüksəlməklə ən azı gümüş medalı təmin edən güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayder ilə üz-üzə gələcək.

Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 22:15-da başlayacaq.

***

Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayderlə üz-üzə gəlib və rəqibinə məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Gununsesi.info