Xeyli miqdarda araq və siqaret aşkar edilib

Xeyli miqdarda araq və siqaret aşkar edilib

GOM

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn mikroavtobusa gömrük baxışı keçirilib.
Gununsesi.info xəbər verir ki, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış – 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.

Hazrda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info

COMMENTS