Xeyli miqdarda narkotik vasitə polis tərəfindən məhv edilib

  • By admin
  • 08 May 2017 14:54

narkotik-polis

Yabanı halda bitən narkotik tərkibli bitki aşkar edilərək məhv edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Muğanlı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 740 kiloqram olan 7468 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əlibəyli kəndinin meşə zolağında Almalı kənd sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanov, Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuş Abdulla Osmanov və İsa Muradov tərəfindən aqrotexniki qaydada becərilən 130 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Osmanovdan 1 ədəd beşbarmaq da götürülüb.

Anar

Gununsesi.info