Psixotrop maddə aşkar olunaraq götürülüb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə – metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info