Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ölkə Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər keçirilir.
Gununsesi.info xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Keçirilən tədbirlərdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.
Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya mükafatlar təqdim edilib.
Tərxis olunan hərbi qulluqçularla xatirə şəkilləri çəkdirildikdən sonra onlar yaşadıqları bölgələrə yola salınıblar.