Ağdam rayonunun Xıdırlı kəndində hazırda 719 fərdi evin inşası davam etdirilir.
Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, rayonun Xıdırlı kəndində həyata keçirilən işlərlə bağlı məlumat verən Ağdam-Füzuli-Xocavənd rayonları üzrə Bərpa-Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
Onun sözlərinə görə, kənddə nəzərdə tutulan işlərin birinci mərhələsində ümumi ərazinin 170 hektarı layihələndirilir:
“Ağdamda 2022-ci ilin oktyabrın 4-də təməli qoyulan Xıdırlı kəndində bərpa-tikinti-quruculuq işləri yüksək sürətlə davam etməkdədir. Ümumi sahəsi 418 hektar olan ərazinin tam layihələndirilməsi, həmin sahədə 1379 fərdi yaşayış evinin inşası planlaşdırılır. Tikintinin birinci mərhələsində 170 hektar ərazi layihələndirilir”.
L.Sərabi kənddə tikintisi davam etdirilən fərdi evlərin inşa prosesi haqda məlumat verib:
“Hazırda 719 fərdi ev tikilir. Bu evlər iki, üç, dörd və beş otaqlı olacaq. Evlərin hər birində artıq torpaq və bünövrə işləri tamamlanıb. Evlərin 643-də isə hörgü işləri, xarici və daxili bəzək işləri tamamlanıb”.
“Onu da nəzərinizə çatdıraq ki, ərazidə infrastruktur obyektlərinin inşası çərçivəsində çoxfunksiyalı bina, ailə-sağlamlıq mərkəzi, bayraq meydanı, klub, icma mərkəzi, məktəb, bağça, xalq sənətkarlıq emalatxanası, satış köşkləri və digər obyektlərin tikintisi davam etməkdədir”, – o bildirib.
Gununsesi.info