Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun salonunda, sürücü oturacağının arxasından 3-cü sırada olan oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, həmin sərnişin oturacaqlarından birinin avtobusun yan divarına tərəf hissəsində bir büküm, xalis çəkisi 8,72 qram olan narkotik vasitə – həşiş qətranı aşkar olunub.
Faktla bağlı araşdrıma aparılır.
Anar
Gununsesi.info