Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

  • By ilhame
  • 09 İyun 2024 16:53

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu – mayor Elşən Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.

Gununsesi.info-ya Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov  bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.

Gununsesi.info