Xilasedicilər İtalaiyadakı zəlzələ nəticəsində baş verən dağıntılar altında sağ qalan 238 nəfəri xilas edib.
Gununsesi.info İtaliya mediasına istinadən xəbər verir ki, bu barədə Romada İtaliyanın mülki müdafiə xidmətinin təmsilçisi İmmakolat Postilyone deyib.
Onun sözlərinə görə, xilasedicilər dağıntılar altında sağ qalan 238 nəfəri sağ-salamat xilas edə bilib. Onlardan 215 nəfərini İtaliyanın yanğındansöndürmə xidməti, 23 nəfərini isə İtaliya alpinstlər klubunun könüllüləri xilas edib.
O, deyib ki, rəsmi məlumata görə, zəlzələ nəricəsində ölənlərin sayı 268 nəfərə, yaralıların sayı isə 387 nəfərdir.
Gununsesi.info