Xilasedicilərimiz 1 nəfərin meyitini dağıntı altından çıxardı - VİDEO/FOTOLAR

  • By admin
  • 07 Fevral 2023 11:59

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Gununsesi.info xəbər verir ki, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.

Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

FHN-in xilasediciləri axtarışlara başladı - Bir nəfərin cəsədi tapıldı (VİDEO)FHN-in xilasediciləri axtarışlara başladı - Bir nəfərin cəsədi tapıldı (VİDEO)FHN-in xilasediciləri axtarışlara başladı - Bir nəfərin cəsədi tapıldı (VİDEO)FHN-in xilasediciləri axtarışlara başladı - Bir nəfərin cəsədi tapıldı (VİDEO)
Gununsesi.info