Xilasedicilərimiz dağıntılar altından 51 nəfəri sağ çıxardı

  • By admin
  • 13 Fevral 2023 10:10

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan xilasedicilərinin Türkiyədə xilasetmə tədbirləri davam edir.

Gununsesi.info-nun məlumatına görə, indiyədək xilasedicilərimiz tərəfindən zəlzələ bölgələrində 51 nəfər xilas olunub, 613 nəfərin isə cəsədi çıxarılaraq təhbil verilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Gununsesi.info