XİN Almaniyaya başsağlığı verdi

  • By admin
  • 10 Mart 2023 13:18

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın Hamburq şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.

“Almaniyanın Hamburq şəhərində Yehova Şahidləri kilsəsində baş verən dəhşətli atışma ilə bağlı xəbərlər bizi sarsıtdı və dərindən kədərləndirdi. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralılara şəfa diləyirik”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Hamburqda atışma nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

Gununsesi.info