“XİN artıq qollarını çırmalayıb işə başlamalıdır…” - POLİTOLOQ

  • By admin
  • 20 Fevral 2017 15:25

Elxan Shahinoglu

“Dağlıq Qarabağda “referenduma” start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bugünə xüsusi hazırlaşmalı idilər. Hərəsinin öz missiyası olmalı idi bu “referendumla” bağlı. Gün hələ yeni başladığından axşama qədər nələrin baş verəcəyini söyləmək çətindir. Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra “uçuşlara başlayaq, yoxsa başlamayaq” qədər düşündürücü suala çevrilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Azərbaycan XİN isə artıq qollarını çırmalayıb işə başlamalıdır:

“Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə, Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta, Avropa Parlamentindən 100-ə yaxın mühaşidəçi izləyir.

Əlbəttə, istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referenduma” müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adıkeçən hər bir ölkəyə nota göndərilməlidir.

Bu, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir”.

Gununsesi.info