“Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
“Azərbaycan dövlətlərarası normallaşma prosesi ilə yanaşı, ərazilərimizin 30 ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün daxildə münaqişədən sonra genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə başlamışdır. Bu, son nəticədə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz, ləyaqətlə qayıtmaq və münaqişədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının dinc yanaşı yaşaması kimi pozulmuş hüquqlarını reallaşdırmaq hüququnu təmin etmək məqsədi daşıyır”, – C.Bayramov bildirib.
Gununsesi.info