Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

14 Fevral 2018 - 10:44

XİN bu musiqiçinin adını “qara siyahı”dan çıxardı
Argentina vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuel Dominges Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, məktubunda X.M.Dominges 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
X.M.Dominges Azərbaycan qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.
X.M.Dominges, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.
Musiqiçinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Gununsesi.info