XİN-dən dünənki təxribatla bağlı - AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün “Düdelanj” – “Qarabağ” oyununda baş verən erməni təxribatını araşdırır. 

Gununsesi.org xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Leyla Abdullayeva tvitter səhifəsində yazıb. O bildirib ki, bu məsələ Lüksemburqda akkreditə olunmuş səfirə tapşırılıb: 

“Səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq, təxribatlara cavabdeh şəxsləri tapmaq və bu məsələdə məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib”.

Xatırladaq ki, ötən gün Lüksemburqdakı “Jozi Bartel” stadionunda UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən oyunda Qondarma Dağlıq Qarabağın “bayrağı”nın dronla stadiona salınmasına cəhd edilib.