XİN-dən Misirdəki teraktla bağlı – Bəyanat

  • By admin
  • 24 Noyabr 2017 22:27


Azərbaycan Xarici İşlər Nazirliyi Misirdəki terror aktını pisləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində yayılan bəyanatda bildirilib.

Bəyanatda qeyd edilir: “Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir,qurbanların ailələrinə və Misir xalqına başsağlığımızı bildiririk. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir”, məlumatda deyilir.

Gununsesi.info