Gununsesi.info xəbər verir ki, qurumun mətbuat katibi Hikmət Hacıyev aznews.az–a açıqlamasında hadisə nəticəsində dünyasını dəyişən Dilbarə Əliyeva və Zaur Vəliyevin Azərbaycan vətəndaşı olub-olmadığının araşdırıldığını bəyan edib:
“İlk öncə onların hələ Azərbaycan vətəndaşı olub-olmadığı məsələsi araşdırılmalıdır. Ona görə də Azərbaycanın Peterburqdakı Konsulluğu Rusiyanın müvafiq Dövlət orqanları ilə bu məsələni araşdırır. Yəni, onlar milliyyətcə azərbaycanlı ola bilər. Azərbaycan vətəndaşı olması da araşdırılmalıdır.”
Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində həlak olanlar arasında iki azərbaycanlının olduğu da məlum olub. Onlar 28 yaşlı Zaur Vəliyev və 20 yaşlı tələbə Dilbarə Əliyevadır.
Gununsesi.info