XİN-də Azərbaycan-Bolqarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilir

  • By admin
  • 06 İyun 2022 12:31

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter hesabında qeyd olunub.

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə isə Bolqarıstanın Azərbaycanda səfirlyii fəaliyyətə başlayıb. Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ildə açılıb.

Gununsesi.info