Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mikalkonun həbs edilən jurnalist xanımların məhkəməyə gətirlərkən qollarına qandal vurulması və ləyaqətlərinin alçaldılmasına etiraz bəyanatına reaksiya verib.
Gununsesi.info-nun xəbərinə görə, nazirliyin sözçüsü Ayxan Hacızadə sosial şəbəkə hesabında ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.
Gununsesi.info