XİN-in rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

  • By admin
  • 09 İyul 2018 11:34

 

İyulun 9-u Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.

Xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə XİN-in rəhbərliyi bu gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Fəxri xiyabanı ziyarət edən XİN-in rəhbərliyi ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək onun məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül düzülüb.

Ardından nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini yad ediblər.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.(Report)