XİN İndoneziyaya BAŞSAĞLIĞI VERDİ

  • Müəllif: Firuzə
  • 15 Avqust 2026 21:27

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-nin rəsmi “X” hesabında paylaşım edilib.

“İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.

Bu çətin zamanda İndoneziya xalqının yanındayıq”, – paylaşımda qeyd olunub.

Gununsesi.info