XİN Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı referendumla bağlı mövqeyini açıqladı

  • By admin
  • 02 Oktyabr 2017 10:24

xin

“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir”.

Bunu Gununsesi.info-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktaybrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilmiş “müstəqillik referendumu”nu şərh edərkən deyib.

“Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”, – deyə o bildirib

Mürtəza
Gununsesi.info