
Rüşvət alma, səlahiyyətlərdən su-istifadə ittihamı ilə həbs edilmiş Azərbaycan XİN-in iki keçmiş əməkdaşı da bu gün Səbail rayon məhkəməsinin qərarı ilə ev dustaqlığına keçirilib.
Gununsesi.info bildirir ki, məhkəmə müdafiə tərəfin Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin və bu idarənin əməkdaşı İlqar Əliyevin vəkillərinin onların ev dustaqlığına keçirilməsi barədə vəsatəti təmin edib.