
Çin Xarici İşlər Nazirliyi Almaniya səfiri Patrisiya Floru Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çin lideri Si Cinpinlə bağlı açıqlamaları ilə əlaqədar çağırıb.
Gununsesi.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bu məlumatı “Spiegel” qəzetinə təsdiqləyib.
Qısa şərhdə Almaniya Xarici İşlər Nazirliyi səfirin Berbokun bəyanatları ilə əlaqədar “Çin Xarici İşlər Nazirliyinə çağırıldığını” bildirib.
Ötən həftə ABŞ-a səfəri zamanı Barbok “Fox News” telekanalında Si Cinpini diktator adlandırıb.
Çin Berbokun bəyanatından qəzəbləndiyini bildirərək, bunun “son dərəcə absurd”, “açıq siyasi təxribat” olduğunu və Çinin ləyaqətinə ciddi zərbə vurduğunu bildirib.
Səid Əhmədli
Gununsesi.info