Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasında paylaşım edib.
XİN rəhbərləri ikitərəfli və çoxtərəfli, eləcə də ortaq məsələləri müzakirə ediblər.
“Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi bir daha təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, – Andrey Sibiqa əlavə edib.
Gununsesi.info