XİN rəsmisindən Paşinyana cavab

“Əhalinin diqqətini Ermənistandakı gərgin vəziyyətdən yayındırmaq və regionda sülhü təşviq edən tərəf olan Azərbaycanı ittiham etmək məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” (tviter) sosial şəbəkəsində Ermənistanın baş naziri Nikol Paşinyana cavabında bildirib.

Ayxan Hacızadə vurğulayıb ki, Azərbaycan belə təxribatların qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.

Gununsesi.info