
Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub.
Gununsesi.info xəbər verir ki, “Xırdalan” basketbolçuları səfərdə “Şəki” klubunun qonağı olub və rəqibinə 107-92 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: “Şəki” (Dayron Kinq – 24 xal, 6 ribaund), “Xırdalan” (Teyvion Körk – 29 xal, 6 asist)
Qeyd edək ki, 10-cu turun son oyunu bu gün saat 18:00 -da “Gəncə” və “Sabah” klubları arasında keçiriləcək.
Gununsesi.info