“Xırdalan” sürpriz qələbə qazanıb

  • By ilhame
  • 24 Yanvar 2024 22:46

Azərbaycan Basketbol Liqasında 12-ci turun daha bir oyunu baş tutub.

 

Gununsesi.info xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində çempionatın favoriti “Sabah” pley-off zonasında qərarlaşan “Xırdalan” ilə qarşılaşıb.

 

Əlavə vaxta gedən gərgin matçın yekununda “Xırdalan” 107:103 hesabı ilə sürpriz və əzmkar qələbə qazanıb.

 

Bu nəticədən sonra “Sabah” 22 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 19 xal olan “Xırdalan” dördüncü pillədə qərarlaşıb.

Gununsesi.info