Xırdalanda ər arvadını qətlə yetirib

  • By admin
  • 09 Yanvar 2018 19:12


Xırdalan şəhərində qətl hadisəsi baş verib.

“Report”un  məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılan E.Ağasenov ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etmək istədiyini, qətli isə qısqanclıq zəminində törətdiyini boynuna alıb.

A.Nadirovanın həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Gununsesi.info