Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılaraq ölüb

  • By Mayil
  • 03 Sentyabr 2016 12:48

pencereden-yixilan
Xırdalan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 2-dən 3-ə keçən gecə qeydə alınıb.

Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov 9-cu mərtəbədən yıxılıb. O hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.