Xırdalanda 7 yaşlı uşağı maşın vurdu

  • By admin
  • 20 Sentyabr 2019 23:06
Abşeron rayonunun Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org-un məlumatına görə, hadisə “Köhnə bazar” adlanan yerdə qeydə alınıb.
2012-ci il təvəllüdlü Cavadzadə Nihad Rəşad oğlu evlərinin yanında yoldan keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Gununsesi.org