Xırdalanda dəhşətli cinayət - ARVADINI VƏ ONUN BACISI QIZINI QƏTLƏ YETİRDİ

  • By admin
  • 25 Mart 2017 07:28

qadin-qetl

Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.

Gununsesi.info-nun “report”a istinadən xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində baş verib. Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.

Gununsesi.info