Xırdalanda ev yanıb

  • By admin
  • 29 Yanvar 2018 09:10

Abşeronda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xırdalan şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info