Xırdalanda külək məktəbin damını uçurdu - VİDEO

  • By admin
  • 04 Aprel 2022 12:58

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbin damını uçurub.

Külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Gununsesi.info-nun xəbərinə görə, Abşeron Rayon Təhsil Şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”, – deyə əlavə olunub.

Gununsesi.info