
Abşeron rayonu Xırdalan şəhərində 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, motosiklet qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub. Avtomobildə olan sərnişin 2019-cu il təvəllüdlü M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.