Xırdalanda orta məktəb qarət olundu

  • By admin
  • 19 Avqust 2017 13:00

127_orta_mekteb_200916

Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.

Gununsesi.info