Sosial şəbəkələrdə Xırdalan şəhərində qadının bir şəxs tərəfindən hədələnməsini əks etdirən görüntülər yayılıb.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Gununsesi.info-ya görüntülərdən məlumatlı olduqlarını bildirib.
Qeyd olunur ki, həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info